Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası may ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində “Maliyyə savadlılığı” üzrə “Gələcəyini planlaşdır” mövzusunda 289 qadının iştirakı ilə 7 təlim keçirilmiş, təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Eləcə də “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda və 15 may – Beynəlxalq Ailə Günü münasibətilə tədbirlər keçirilmişdir. Belə ki, yeniyetmə və gənclərin uzunömürlü ailələrlə görüşü təşkil edilmiş, aztəminatlı, çoxuşaqlı ailələrə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş və ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Ordubad rayonunun Bist kəndində yaşayan, evliliklərinin 70 illiyi tamam olan uzunömürlü Tahirovlar ailəsinin yubileyi qeyd edilmiş, ailəyə hədiyyə verilmişdir.
Həmçinin “Təbriz” restoranında Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmiş, 7 ailənin evliliklərinin yubileyləri qeyd olunmuş, tədbirdə iştirak edən 19 ailəyə hədiyyələr verilmiş və tədbir bədii hissə ilə davam etdirilmişdir.
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika müsabiqəsi keçirilmiş, müsabiqədə yer tutan 15 qalibə diplom və hədiyyələr verilmişdir.
Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir olmuşdur.
Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində monitorinq aparılmış, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların daxil olunması davam etdirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, Babək rayon Nehrəm kənd 1 nömrəli tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tolerant mühitin yaradılması ilə bağlı həmin uşaqların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir. May ayı ərzində valideyn himayəsindən məhrum olmuş 3 uşağın uçotu aparılmışdır.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə ki, muxtar respublikanın bütün rayonlarında bayram tədbirləri təşkil edilmiş, 2018-2019-cu tədris ilində müvafiq rayon üzrə müxtəlif sahələrdə fərqlənən 89 uşaq komitə tərəfindən fəxri fərman və hədiyyələr ilə təltif olunmuşlar.
Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmiş və 10 litr qan toplanmışdır.
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində bayram tədbiri keçirilmiş, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailələrdən olan 49 uşağa hədiyyələr təqdim olunmuşdur.
Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilmiş, həmçinin teatr tamaşaları göstərilmişdir.
“Muzey günləri” çərçivəsində komitənin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında olmuşlar.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti