22 Dekabr 2024, Bazar

Muxtar respublikada yaşıllıq sahələrinin artırılması istiqamətində tədbirlər cari ildə də mütəşəkkilliklə davam etdirilir. İyun ayının 8-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri tərəfindən Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında və şəhər qəbiristanlığında yaşıllıqlara aqrotexniki qulluq göstərilib və təmizlik işləri görülüb.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Püsyan kəndindəki yaşıllıq ərazilərində ağacların qurumuş budaqları budanıb, ağartma işləri ­görülüb, Yuxarı Daşarx kəndində 25 kiloqram müxtəlif sort meyvə dənələri əkilib, park və xiyabanlarda qadınların iştirakı ilə gül kolları alaq otlarından təmizlənib.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Naxçıvan-Şahbuz magistral yolunun kənarlarında ağacların dibləri alaq otlarından təmizlənərək suvarılıb, ağartma və budama işləri görülüb.
Bağlar diyarı Ordubad rayonunda da həmin tədbirlər həyata keçirilib.

Culfa rayonundakı iməcilik ərazilərində, əsasən, yol kənarlarındakı yaşıllıqlarda ağacların dibləri alaq otlarından təmizlənərək suvarılıb, ağartma işləri görülüb.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissələrində, həmçinin Qabıllı kəndindəki meyvə bağında, Sədərək rayonunun sakinləri isə həmin magistral yolun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şahbuzlular şəhər ərazisindəki 5 hektarlıq meyvə bağında və 3 hektarlıq tingçilik sahəsində yaşıl­lıqlara aqrotexniki qulluq göstərib, Naxçıvan-Şahbuz-Batabat magistral yolunun kənarlarında ağacların diblərini alaq otlarından təmizləyiblər.
Həmin gün muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılıb.
İməciliklərdə, ümumilikdə, 21 min 590 nəfər iştirak edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR