22 Dekabr 2024, Bazar

Dünən Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən ­danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir cəmiyyətdə sığortanın əhəmiyyətindən və onun gələcək inkişaf perspektivlərindən danışıb. Bildirilib ki, muxtar respublikada da sığorta işinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.
Sığorta ödənişlərinin əhəmiyyətindən bəhs edən baş direktor vaxtında sığorta müqaviləsi bağlamağın faydalı cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində bir sıra işlər görülüb. Nəticədə, rayonda cari ilin ötən dövründə sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz, sığorta müqavilələrinin sayı isə 61 ədəd artıb. Rayonda müxtəlif sığorta növləri üzrə mövcud vəziyyət təhlil edilərək qeyd olunub ki, görülmüş işlərlə bərabər, bəzi icbari sığorta növləri üzrə müqavilələrin bağlanılmasında çatışmazlıqlar da vardır.

Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Sədərək rayonunda sığorta işinin daha da inkişafı, əhali arasında maarifləndirmə işinin, sığortanın kütləviliyinin təmin olunması və sığorta mədəniyyətinin artırılması üçün tədbirlər görülməlidir. Baş direktor könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunaraq vurğulayıb ki, Sədərək rayonunda bu sahədə aparılan maarifləndirmə işləri genişləndirilməlidir.
Qeyd olunub ki, kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət mayoru Müşfiq Mustafayev, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşı Nail Piriyev, Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı İsfəndiyar Kərimov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat verib, tədbir iştirakçılarının sualları ­cavablandırılıb.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR