22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bütün sahələrdə olduğu kimi, sosial sahədə də ciddi nailiyyətlərin əldə olunmasını təmin etmişdir. İslahatlar nəticəsində sığorta-pensiya sistemində davamlı inkişaf təmin edilmiş, həmçinin sosial sığorta prinsiplərinin gücləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Sığorta-pensiya sisteminin aparıcı komponenti fərdi uçotun təşkilidir. Fərdi uçot sistemi hər bir sığorta­olunan haqqında məlumatların uço­tunu aparmaqla işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təminatı üçün pensiya kapitalının formalaşdırılmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması üçün müvafiq işlər həyata keçirmişdir. Belə ki, 2019-cu ilin ötən dövrü ərzində fond tərəfindən 2105 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Bunlardan 664-ü dövlət müəssisə və təşkilatlarında, 708-i isə özəl müəssisədə çalışanlar, 727-si fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, 6-sı isə torpaq mülkiyyətçisi olmuşdur. Nəticədə, fondun orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş ­sığortaolunanların sayı 174 min 414 nəfərə çatmışdır.
Qeyd etmək lazımdır ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı mütəmadi olaraq artır. Bunun əsas səbəbi muxtar respublikada iqtisadi inkişafın dinamik xarakter daşıması, mütəmadi olaraq yeni iş yerlərinin yaradılması, habelə sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasıdır.
Fond tərəfindən qarşıya qoyulan ən başlıca vəzifələrdən biri olaraq muxtar respublikada bütün işləyən vətəndaşların fərdi uçotunun aparılması və sığortaolunanlara dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR