22 Dekabr 2024, Bazar

“Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların fonunda yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrin əməkqabiliyyətli üzvlərinin fəal əməyə cəlb olunmasının məntiqi nəticəsidir ki, ehtiyac meyarının məbləğinin artmasına baxmayaraq, ünvanlı dövlət sosial yardımı alan əhalinin sayı ümumi əhalinin faiz nisbəti ilə müqayisədə ilbəil azalıb. Bu ilin ilk altı ayında bütün növ müavinətlərə və təqaüdlərə 5 milyon 745 min 609 manat ayrılıb”.
Bu barədə məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Məlumatda o da bildirilir ki, əhalinin sosial müdafiəsi, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmini, eyni zamanda onların sanatoriya və kurortlarda müalicələrinin təşkili, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarının səmərəli təşkili bu ilin birinci yarısında da diqqət mərkəzində olub. Bütün növ müavinətlərə və təqaüdlərə ayrılan vəsaitin 1 milyon 733 min 774 manatı ünvanlı dövlət sosial yardımına sərf olunub. Ötən dövr ərzində 551 tənha ahıl və əlilə evlərində sosial məişət xidməti göstərilib. Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 128 şəxsin, Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud 115 uşağın müalicəsi təşkil edilib, eyni zamanda onurğa xəstəlikləri olan 6 məhdud fiziki imkanlının Ukrayna Respublikasına müalicəyə göndərilməsi təmin edilib. Sağlamlıq imkanları məhdud vətəndaşlarımızın sanatoriyalarda müalicəsi və istirahət etmələri üçün 60 göndəriş, texniki bərpa vasitələrinə ehtiyacı olanlara 45 əlil arabası, 27 eşitmə aparatı, 85 müxtəlif növ əsa verilib. Eyni zamanda 88 nəfərə protez-ortopediya, o cümlədən 58 nəfərə səyyar protez-ortopedik xidmət, 25 məhdud fiziki imkanlı şəxsin sosial məişət şəraitinin yaxşılaşmasına, 13 nəfərin isə respublika daxilində müalicəsinə maddi köməklik göstərilib. Muxtar respublikada müharibə əlillərinə göstərilən yüksək diqqət və qayğının ifadəsi olaraq, cari ilin may ayında bu kateqoriyadan olan 30 şəxs minik avtomobili ilə təmin edilib, əlamətdar günlərdə keçirilən görüşlərdə, ümumilikdə, 1317 sağlamlıq imkanları məhdud şəxsə və ahıla bayram sovqatı və hədiyyələr təqdim edilib.
Bəhs olunan dövrdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanlar üçün daktilo əlifbası (əl əlifbası) üzrə dərslərin keçilməsi təşkil olunub. Eyni zamanda mərkəzdə 429 görmə və 242 eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında yaradılan audio və elektron kitabxana xidməti istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR