22 Dekabr 2024, Bazar

Muxtar respublikada əmək qabiliyyətini itirmiş əlil və ahıl, həmçinin tənha yaşayan qadınlara göstərilən diqqət və qayğı davamlı xarakter almışdır. Bu qəbildən olanların təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, onlara sosial yardımların təyin olunması, məişət və sağlamlıq problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi regionumuzda insan amilinə yüksək önəm verilməsinin təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə Kəngərli rayonunun Xıncab kəndində yaşayan tənha və ikinci qrup əlil Çiçək İmaməli qızı Qasımova ilə keçirilən görüş bu tədbirlərin davamı olmuşdur. Görüşdə adıçəkilən təşkilatların əməkdaşları onun yaşayış vəziyyəti ilə maraqlanmış, tibbi müayinədən keçirilməsini təmin etmiş, tənha qadına dərman preparatları və ərzaq payı vermişlər.
Xüsusi qayğıya ehtiyacı olan Çiçək Qasımova ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR