22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kinekt oyunları otağı təşkil edilib.
Bu münasibətlə keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsil alması, intellektual səviyyələrinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin yaradılması bu kateqoriyadan olan şəxslərin müasir informasiya texnologiyalarının imkanlarından istifadələrinə gös­tərilən diqqət və qayğının əyani ifadəsidir.
Sonra uşaqlar kinekt oyunları otağında onlar üçün yaradılmış şəraitlə tanış olublar.
Məlumat üçün bildirək ki, kinekt oyunları otağının təşkilində məqsəd autizm və daun sindromlu uşaqların, habelə bədənini koordinasiya edə bilməyən, unsiyyət qurmaqda çətinlik çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını təmin etməkdir. Kinekt yeni bir texnologiya olaraq, hər hansı bir bağlantı olmadan bu kateqoriyadan olan uşaqlara yaxın məsafədən əl və ayaq hərəkətləri ilə kompyuterdə intellektual oyunları idarə etmək sahəsində istedad və bacarıqların aşılanmasıdır. Bu qəbildən olan tədbirlər sağlamlıq imkanları məhdud uşaqların zehni inkişafına, dünyagörüşünün yüksəlməsinə zəmin yaradır.
Qeyd edək ki, mərkəzin xidmətlərindən istifadə edən sağlamlıq imkanları məhdud uşaqlara burada pulsuz iaşə xidməti də göstərilir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR