Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti və abadlıq işləri, habelə yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iş yerlərində əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər və 27 fevral 2012-ci il tarixdə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar keçirilən müşavirələr iş yerlərində insanların sağlamlığının qorunmasına, ümumilikdə, insan amilinə verilən yüksək diqqət və qayğının ifadəsidir.
İqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin müasir standartlar səviyyəsində yaxşılaşdırılması və təkmilləşdirilməsinin əsasını təşkil edən əməyin mühafizəsi işinin yüksək səviyyədə təmin olunması sahəsində əldə olunan müsbət dinamika davam etdirilir. Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən mülkiyyətindən asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda işçilərlə əmək müqaviləsinin bağlanması vəziyyətinin, bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin mövcudluğunun araşdırılması, əməyin mühafizəsinin təşkili vəziyyətinin mütəmadi olaraq nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilmişdir.
Verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ilk altı ayı ərzində əməyin mühafizəsi ilə bağlı 154 istehsal müəssisəsi və tikinti sahəsində nəzarət həyata keçirilmiş, əməyin mühafizəsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılmasına dair 13 halda icrası məcburi göstərişlər verilmiş və 48 işçi işin xarakterinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilmişdir.
Tikinti aparılan meydançada müvəqqəti qurğuların qurulması və normal əmək şəraitinin yaradılması məqsədilə 48 tikinti sahəsinə baxış keçirilmiş və akt tərtib olunaraq həmin tikinti sahələrində işlərin başlanmasına razılıq verilmişdir.
İstehsal, emal və tikinti sahələrində kimyəvi qazların, rütubətin, tozlanmanın, səsin, işıqlandırmanın, şüalanmanın, istiliyin və digər amillərin səviyyəsini müəyyənləşdirmək məqsədilə səyyar laboratoriya avtomobili vasitəsilə monitorinq həyata keçirilmişdir. Belə ki, müasir portativ avadanlıqlar vasitəsilə iş yerlərində işçilərin sağlamlığına mənfi təsir göstərən, peşə xəstəliyinə zəmin yaradan mövcud amillərin səviyyəsinin müəyyənləşdirilməsi üçün ölçmələr aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə işəgötürənlərə metodik köməkliklər göstərilmişdir.
Nəzarət qaydasında apаrılаn araşdırmalar zаmаnı əmək qаnunvеriciliyinə uyğun оlаrаq, işçilərlə əmək müqаviləsinin bаğlаnmаsı, işçilərin bədbəхt hаdisələr və pеşə хəstəlikləri zаmаnı pеşə-əmək qаbiliyyətinin itirilməsi hаllаrındаn icbаri sığоrtа оlunmаlаrının vəziyyəti diqqət mərkəzində olmuşdur. Belə ki, 87 müəssisədə nəzarət həyata keçirilmiş, 132 işçi ilə əmək müqaviləsinin bağlanması, işçilərlə bağlanmış 28 əmək müqaviləsində isə əməkhaqqının real göstərilməsi təmin edilmişdir. Bununla yanaşı, 328 müəssisədə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır.
Aparılan müşahidələr və təhlillər zamanı məlum olmuşdur ki, tikinti sektorunda baş verə biləcək bədbəxt hadisələrin yaranma riskləri mövcuddur. Bu risklərin başvermə ehtimalının qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsi mühüm rol oynayır. İşəgötürənlərin diqqətini bir daha əməyin mühafizəsi tədbirlərinə cəlb etmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində muxtar respublikamızda tikinti aparan özəl və dövlət müəssisələri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması mövzusunda növbəti maarifləndirici seminarlar keçirilir.
Bu gün muxtar respublikada işəgötürənlər tərəfindən işçilərin əməyin mühafizəsinin norma və qaydalarına əməl olunmasına mütəmadi nəzarət edilir, istehsal və tikinti sahələrində iaşə və soyunub-geyinmə üçün çadır və köşklər, sanitariya qovşağı təşkil olunur, işçilərin nahar və istirahət etmələri üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır.
Bu sahədə həyata keçirilən bütün tədbirlər istehsal, emal və tikinti sahələrində iş prosesində əmək məhsuldarlığının, o cümlədən hər bir işçinin peşə vərdişlərindən səmərəli istifadəsinə və görülən işlərin keyfiyyətlə aparılmasına, əməyin mühafizəsi mədəniyyətinin yüksəlməsinə zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti