22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə növbəti tədbir təşkil edib. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 18 yaşınadək 12 uşağın iştirakı ilə kompyuter vasitəsilə “Kim tez tapar?” intellektual oyun üzrə yarış təşkil olunub. Yarışda iki qrupa bölünən sağlamlıq imkanları məhdud uşaqlar iki mərhələdə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Qruplarda ilk yeri tutanlara mükafat, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR