Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə aztəminatlı ailələrə baş çəkilməsində məqsəd belə ailələrin sosial ehtiyaclarını qarşılamaq, məişət şəraitlərində olan çatışmazlıqları aradan qaldırmaqdan ibarətdir. Sözügedən təşkilatların əməkdaşları Babək rayonunun Sirab kəndində yaşayan aztəminatlı Ələkbərovlar ailəsində olmuş, xüsusi qayğıya ehtiyacı olan ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvləri tibbi müayinədən keçirilmiş, onlara ərzaq payı və məişət əşyaları verilmişdir.
Aztəminatlı ailənin üzvləri belə görüşlərin keçirilməsini sosial müdafiənin gücləndirilməsi ilə yanaşı, mənəvi dəstək və qayğı nümunəsi kimi dəyərləndirərək dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti