22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi tərəfindən Sədərək Kənd Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazım­ov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlüklərindən, əməkdaşlardan Araz Musazadə, Yavər Hüseynov və Seymur Məmmədov məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyətindən, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların plastik kartlarla ödənişinin üstünlüklərindən danışmış, fərdi uçot sistemi ilə bağlı məsələlər barədə tor­­paq mülkiyyətçilərinə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyi olduğundan pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını və ödənilməsini təmin etməlidirlər. Ödənilən sosial sığorta haqları vətəndaşlara sığorta stajı qazandırmış olur. Eyni zamanda məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesablarda toplanaraq pensiya kapitalını təşkil edir ki, bu da həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR