Muxtar respublikada əhаlinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа əlаqənin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə əmək yаrmаrkаlаrının təşkili sоn illər mütərəqqi bir mеtоd kimi özünü dоğrultmaqdadır. Müаsir dövrdəki iqtisаdi inkişаf prоsеsləri, əmək bаzаrındа işçi qüvvəsinə tələbаtın kеyfiyyət strukturundаkı dəyişikliklər və bir çох digər аmillər əmək yаrmаrkаlаrının mütəmadi təşkili zərurətini də ortaya çıxarır.
Dünən bu qəbildən olan növbəti aktiv məşğulluq tədbiri Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil edilmişdi. Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən keçirilən yarmarkaya 51 müəssisədən 471 boş iş yeri çıxarılmışdı.
Məşğulluq tədbirində Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək işaxtaran vətəndaşların səmərəli məşğulluqlarını təmin etmək üçün işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət yaradan belə aktiv məşğulluq tədbirlərinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu gün məşğulluq mərkəzləri tərəfindən əsas diqqət vakansiyaların toplanmasına və işaxtaran vətəndaşların işlə təmin olunması məqsədilə onlara daha aktiv dəstək göstərilməsinə yönəldilib. Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən müəssisələrdən boş iş yerlərinin toplanılması, onlardan səmərəli istifadə olunması ciddi nəzarətə götürülüb. Hazırda mərkəz tərəfindən aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, Naxçıvan şəhərində işaxtaran vətəndaşlara effektiv karyera və peşəyönümlü məsləhətlərin verilməsi, işaxtaranlara müasir informasiya texnologiyaları vasitəsilə daha münasib xidmətlərin göstərilməsi, onların işə düzəlməsinin asanlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra yarmarkaya gələnlər mərkəz tərəfindən onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Bu tədbirdə 35 nəfərə işə göndəriş verilib.
Səbuhi HÜSEYNOV