Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən 7-10 iyun tarixlərində muxtar respublikamızın müxtəlif bölgələrində baş verən güclü külək, yağış, sel və dolu nəticəsində vətəndaşlara dəyən zərərə görə sığorta ödənişi həyata keçirilib. Ödənişlərin coğrafiyası Kəngərli, Babək, Culfa və Ordubad rayonlarını əhatə edib. Belə ki, Kəngərli rayonundan Əvəz Əliyev, Əntiqə Atayeva, Babək rayonundan Məftun Quliyev, Sərdar Canbaxışov, Culfadan Kamran Yunisov, Şahin Məmmədov, Abbas Əliyev, Ordubaddan Teymur Məmmədov, Elmdar Əliyev, Sahibə Məmmədova icbari sığortanın onlar üçün yaratdığı imkanlardan yararlanıblar. Ümumilikdə, yuxarıda adıçəkilən rayonlar üzrə 20 nəfərə sığorta ödənişi həyata keçirilib.
Xəbərlər şöbəsi