22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ahıl vətəndaşların sağlamlığının təmin olunması və qorunması həyata keçirilən sosial siyasətin əsas tərkib hissəsinə çevrilib. Ahıl insanların sağlam həyat tərzində yaşamaları üçün hər cür şərait yaradılıb.
Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərinin də sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılmış Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evində olur, burada yaşayan sakinlərə tibbi xidmət göstərirlər.
Bu günlərdə Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri növbəti dəfə Ahıllar evində olublar. Onlar sakinləri müayinədən keçirib, xəstə­liklərin qarşısının alınması və vaxtında müalicə edilməsi üçün onlara tibbi məsləhətlər veriblər. Bundan başqa, texniki bərpa vasitələrinə ehtiyacı olan bir ahıl eşitmə aparatı, iki ahıl isə əsa ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR