22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, pensiyaçıların şəxsi hesablarına 11 milyon 650 min 108 manat köçürülmüşdür. Hesabat ayında fondun gəlirləri 4 milyon 898 min manat proqnoza qarşı 6 milyon 904 min 170 manat həcmində yerinə yetirilmiş və proqnoz tapşırıqlara 141 faiz əməl olunmuşdur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 100 vətəndaşa əmək pensiyası təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli Fərmanına uyğun olaraq müvafiq kateqoriyadan olan əmək pensiyaçılarının pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR