22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini Xaliq Babayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək muxtar respublikada ailə dəyərlərinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Qeyd olunub ki, gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə bu üsulla təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə təşkil olunmuş “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda III muxtar respublika yaradıcılıq müsabiqəsi də məhz Azərbaycan ailəsinin ailə dəyərlərini təbliğ etmək üçün keçirilib.
Sonra müsabiqənin qalibləri elan olunub, ümumilikdə, ən yaxşı film və ən yaxşı foto nominasiyası üzrə 2 nəfər I, 2 nəfər II, 2 nəfər III, 8 nəfər isə həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom, hədiyyə və pul mükafatları verilib.
Tədbirin sonunda müsabiqəyə təqdim edilmiş fotolardan ibarət videoçarxa baxış olub. “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş ­etdirilib.
Məlumat üçün bildirək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 48 nəfər tərəfindən 101 film və foto təqdim olunmuşdu.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR