Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu qəbildən olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə mövcud infrastruktur yenilənir və müasir avadanlıqlarla təchiz edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsində 20 uşağın istirahəti və əyləncəsi təşkil olunub, onlar üçün Naxçıvan Uşaq Bərpa Mərkəzində çay süfrəsi açılıb. Tədbirdə valideynlər də iştirak edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti