23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” ilə müəyyənləşdirilən vəzifələrin icrası uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə hazırlanmış Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi”nin qrafikinə uyğun olaraq həmin mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların da “Yay məktəbi”nə start verilib.
Proqrama əsasən həmin qəbildən olan uşaqlar iyulun 3-də Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüb və həmin gün mərkəzlə yaxından tanış olublar. İlk gün uşaqlar arasında dama yarışı keçirilib, qaliblər mükafatlandırılıb. Həmçinin gün ərzində oxunması zəruri olan bəzi kitabların mütaliə və müzakirəsi təşkil edilib, günün sonunda isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.
“Yay məktəbi”ndə valideynlərin müşayiətilə sağlamlıq imkanları məhdud 39 uşaq iştirak edir. Onlar üçün istirahət mərkəzinə 1 həkim və 4 nəzarətçi təhkim olunub.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən “Yay məktəbi” iyulun 6-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR