22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunub.
“Yay məktəbi”nin iyunun 23-dən sentyabrın 12-dək hər qrup üzrə 3 günlük olmaqla keçirilməsi nəzərdə tutulur. Hər qrup tələbə, şagird, sağlamlıq imkanları məhdud uşaq, aztəminatlı ailələrin uşaqları və ya idmançı olmaqla, 45 gənc, 1 həkim və 4 nəzarətçi-müəllimdən ibarət olacaq.
Artıq Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri “Yay məktəbi”ndə iştirak ediblər. Belə ki, 23-26 iyun tarixlərdə şagirdlərdən ibarət bir qrup, 28 iyun-1 iyul tarixlərdə isə digər qrup Ağbulaq İstirahət Mərkəzində olublar.
Əvvəlcə onlar istirahət mərkəzi ilə tanış olub, uşaqlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. Üç gün ərzində müxtəlif idman oyunları keçirilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi də təşkil edilib.
Növbəti “Yay məktəbi”ndə iştirak etmək üçün bu gün sağlamlıq imkanları məhdud uşaqlar Ağbulaq İstirahət Mərkəzinə yollanacaqlar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR