22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində sığorta ödənişi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən agentliyin Baş direktoru Hikmət Əsgər­ov bildirib ki, 2013-cü ilin 7 və 13 iyun tarixlərində muxtar respublikamızın müxtəlif bölgələrində güclü külək, yağış, sel və dolu nəticəsində bəzi vətəndaşların evlərinə və mənzillərinə müxtəlif dərəcələrdə zərər dəyib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli “İcbari sığortalar haqqında” Qanununa əsasən, mülkiyyətində daşınmaz əmlak (yaşayış evi və mənzili) olan hər bir vətəndaş bu əmlakı icbari qaydada sığorta etdirməlidir. Bildirilib ki, daşınmaz əmlakını (yaşayış evi və mənzili) icbari sığorta etdirən hər bir vətəndaş yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində, təbii fəlakətlər – zəlzələ, dolu, sel, daşqın, üçüncü şəxslərin hərəkətləri nəticəsində və digər müəyyən edilmiş səbəblərdən dəymiş zərər sığorta hadisəsi hesab edilir və həmin zərər üçün sığorta təminatı verilir.
Sonra daşınmaz əmlakını icbari sığorta etdirmiş 15 nəfər Naxçıvan şəhər sakininə dəymiş zərərə görə sığorta ödənişi həyata keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR