23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi rayon Dövlət Sığorta Agentliyi ilə birlikdə Sədərək kəndində “Torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan mütərəqqi üsullar” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.

Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən mülkiyyətçilər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında danışıb. Bildirib ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanması və ödənilməsində maraqlı olmalıdırlar. Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri əməkqabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaqların ölkə üzrə müəyyən olunmuş məbləğ miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəməlidirlər. Qeyd edilib ki, muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Ödəyicilər məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsi, həm banklarda nağd qaydada onlayn ödənilməsi, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilirlər.
Tədbirdə fondun Sədərək rayon şöbəsinin Gəlirlər sektorunun müdiri Sultan İmaməliyev sığorta-pensiya sistemi ilə bağlı qanunvericiliyin pozulmasına görə nəzərdə tutulmuş inzibati cərimələr, şöbənin Fərdi uçotun təşkili sektorunun müdiri Elçin Əhmədov mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərinin fondun fərdi uçot sistemində qeydiyyata alınması və bu sahədə elektron xidmətlərin tətbiqi, Sədərək Rayon Dövlət Sığorta Agentliyinin əməkdaşı Cəfər Şükürov könüllü sığortalar, fərdi sığorta, fiziki şəxslərə məxsus olan əmlakın sığortası haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR