22 Dekabr 2024, Bazar

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə son illər muxtar respublikamızda mühüm tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri də əmək yarmarkalarının keçirilməsidir. Dünən Ordubad Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə söhbət açılmışdır.
Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov açmışdır. Bildirmişdir ki, işaxtaran vətəndaşların işlə təmin olunmasında əmək yarmarkalarının rolu böyükdür. Təkcə ötən il Ordubad rayonunda keçirilən əmək yarmarkalarında 127 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur. Buna görə belə tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Nazim Hüseynov növbəti əmək yarmarkasına çıxarılan boş iş yerləri barədə məlumat verərək bildirmişdir ki, bu gün 9 təşkilatda olan 141 boş iş yeri işaxtaranlara təklif olunur.
İşaxtaran vətəndaş Aytən Bayramova çıxış edərək məşğulluğun təmin olunmasında əmək yarmarkalarının keçirilməsinə görə minnətdarlığını bildirmiş, belə tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Reyhun Babayev çıxış edərək muxtar respublikamızda insan amilinin diqqətdə saxlanılan məsələlərdən biri olduğunu qeyd etmiş, sosial vəziyyətin yaxşılaşdırılmasına ciddi önəm verildiyini vurğulamışdır. Bildirilmişdir ki, rayonda yeni yaradılan müəssisələr, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin get-gedə artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açmışdır.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkada 20 nəfərə göndəriş verilmişdir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR