23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi ümumxalq işinə çevrilib. Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artırılması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkar­lıq sahələrinə aqrotexniki qulluq göstərilir. Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarında, həmçinin “Gənclər bağı”nda yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Daşarx-Dizə kəndləri arasında yol kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma və ağartma işləri görülüb.

Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışaraq Naxçıvan-Culfa magistral yolunun Nehrəm kəndi hissəsində, Çeşməbasar-Güznüt kəndləri arasında yol kənarlarında ağacların diblərini alaq otlarından təmizləyib, ağartma və suvarma işləri görüblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib, Əylis düzündə üzüm və qızılgül bağlarında, həmçinin digər yaşıllıq ərazilərdə ağacların dibləri alaq otlarından təmizlənib, suvarma işləri aparılıb.
Culfa rayonunda bu tədbirlər Əlincəboyu kəndlərdə yol kənarlarında salınmış yaşıllıqlarda həyata keçirilib.
Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Rayon mərkəzində yol kənarlarında, ümumilikdə, 2 min ədəd gül şitili əkilib.
Şahbuz rayonunda Naxçıvan-Şahbuz-Batabat magistral yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sol hissəsində, Qaraağac kəndindəki meyvə bağında və digər ərazilərdə yaşıllıqlara aqro­texniki qulluq göstəriblər.
Muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR