23 Dekabr 2024, Bazar ertəsi

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmiş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə əmək hüquqları təmin olunur, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.

Muxtar respublikada da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.
2011-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, 2012-ci ildə tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və 2014-cü ildə tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi ilə bağlı uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığına təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, onlar peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.
Əməyin mühafizəsi istiqamətində nəzarət və maarifləndirmə tədbirləri də görülür. Görülən tədbirlər nəticəsində əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati xəta hallarında, həmçinin istehsalatda baş vermiş bədbəxt hadisələrin sayında ötən illərlə müqayisədə azalma olmuşdur. Cari ilin birinci rübündə bu istiqamətdə tədbirlər davam etdirilmiş, əməyin mühafizəsinin təşkili ilə bağlı 11 obyektə baxış keçirilmiş, fərdi mühafizə vasitələrindən istifadə etməyən 3 nəfər iş sahəsindən uzaqlaşdırılmış, 6 işçi isə fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması da diqqətdə saxlanılmış, cari ilin ilk rübündə 13 obyektə nəzarət zamanı 5 işçi ilə yeni əmək münasibətinin rəsmiləşdirilməsi, 29 işçinin isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsi təmin edilmişdir.
Muxtar respublikada müasir informasiya-kommunikasiya vasitələrinin imkanlarından istifadə edilərək işçilərin əmək hüquqları ilə bağlı bir sıra məsələlər elektronlaşdırılmış, Naxçıvan Muxtar Respublikasında “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi” işəgötürənlərin istifadəsinə verilmişdir. Bu sistem işəgötürən ilə işçi münasibətlərinin rəsmiləşdirilməsinə, əməyin mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə imkan verəcəkdir. Elektron informasiya sistemi ilə əlaqədar olaraq muxtar respublikanın şəhər və rayonlarında dövlət müəssisələrinin, həmçinin işçi sayı çox olan özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə elektron informasiya sisteminin tətbiqinə dair seminarlar təşkil olunmuş, seminar iştirakçılarına elektron informasiya sisteminə dair hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır. Bununla yanaşı, “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi”nə dair videoçarx və işəgötürənlər üçün videotəlimat hazırlanaraq Naxçıvan Dövlət Televiziyasında efirə verilmiş, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “255” nömrəli qaynar xətt yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR