22 Dekabr 2024, Bazar

Muxtar respublikada bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilməsinə imkanlar yaratmışdır. Onların asudə vaxtlarının səmərəli təşkil edilməsi, təhsil alması, sosial qayğı ilə əhatə olunması daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər görülür. Bu qəbildən olan uşaqlara dövlət tərəfindən hər zaman həm maddi, həm də mənəvi dəstək göstərilir, istər dövlət uşaq müəssisələrində, istərsə də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqların ehtiyacı ödənilir, onlara geyim dəstləri və dərs ləvazimatları verilir.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışmış, uşaqlara hədiyyələr vermişlər. 
Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasayeva, valideyn Nuriyyə Əliyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Çay süfrəsi arxasında keçirilən tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları səhnəciklər göstərmiş, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilmişdir.

* * *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə M.Füzuli adına Ordubad şəhərindəki internat məktəbində də tədbir keçirilmişdir.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Zeynal Hümbətov çıxış edərək hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara və aztəminatlı ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs etmişlər. Tədbirdə internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara geyim dəstləri verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR