23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən komitə və aid təşkilatlar tərəfindən təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış artıq ikinci ildir ki, keçirilir.
Bu il sentyabrın 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışa ­evdar xanımlar, müxtəlif sahələrdə fəaliyyət göstərən – Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə, Texniki Yaradıcılıq, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin, məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və üzvlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, eləcə də sağlamlıq imkanları məhdud və məhkum qadınların əl işləri çıxarılmışdır. Sərgi-satışda 269 istedadlı qadının 718 muncuqla, 34 kağızla, 628 toxuma, 29 tikmə, 279 dekorativ, 17 taxta üzərində və 29 üzərlik ilə iş, 37 yağlı boya, 51 tikmə, 30 toxuma, 37 dekorativ, 32 muncuqla işlənmiş tablo, 39 gips üzərində oyma, 28 xalça, 18 milli geyim olmaqla, ümumilikdə, 2006 rəsm və əl işi nümayiş etdirilmişdir. Əl işlərinə muxtar respublika sakinləri ilə yanaşı, regionumuzda olan turistlər də böyük maraq göstərmişlər. 10 gün davam edən sərgi-satışın minlərlə ziyarətçisi olmuş, 70 istedadlı qadının 3286 manat dəyərində 490 rəsm və əl işi satılaraq qadınlara ödənilmişdir.

Sərgi-satışda hər bir rayona məxsus adət-ənənələrin əl işlərində öz əksini tapması, məxsusi xalçaların, bəzək nümunələrinin, gündəlik məişətdə istifadə olunan əşyaların sərgilənməsi maraqla qarşılanmışdır.
Muxtar respublikanın rayonlarında da istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi­-satışlar təşkil edilir. Cari ildə rayonlarda keçirilən tədbirlərdə 362 istedadlı qadının 2953 rəsm və əl işi sərgilənmiş, bu sərgi-satışlarda və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 220 istedadlı qadının 5919 manat dəyərində 903 rəsm və əl işi satılmışdır. Ümumilikdə, cari il ərzində 290 istedadlı qadının 9205 manat dəyərində 1393 rəsm və əl işi satılaraq qadınlara ödənilmişdir.
İstedadlı qadınlarımız Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı loqotipi əl işlərinə köçürmüş, Naxçıvanın tarixini, təbiətini, həyat tərzini, qədim tarixi abidələrini, bir sözlə, İslam mədəniyyətinə bağlılığını əks etdirən müxtəlif janrlarda əl işləri hazırlamışlar. Hazırda bu işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR