Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.
Tədbirdə Babək rayonu üzrə ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak edib. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların tədrisdə iştirakının vəziyyəti, onların təhsili ilə bağlı psixoloqlar tərəfindən müşahidələr əsasında hazırlanan fərdi proqramlarla bağlı söhbətlər aparılıb.
Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi