23 Dekabr 2024, Bazar ertəsi

Son bir neçə ildə olduğu kimi, bu il də Naxçıvan şəhərində, o cümlədən muxtar respublikamızın rayonlarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
Oktyabrın 1-də keçirilən Aşura mərasimlərində Naxçıvan şəhərində 3 məsciddə, Muxtar Respublika Xəstəxanasında 71 nəfərdən 35, Doğum Mərkəzində 70 nəfərdən 21, Diaqnostika-Müalicə Mərkəzində 59 nəfərdən 29,5 litr qan götürülüb. Rayon mərkəzi xəstəxanaları üzrə Şərur rayonunda 55 nəfərdən 20, Sədərək rayonunda 28 nəfərdən 14, Kəngərli rayonunda 99 nəfərdən 40, Şahbuz rayonunda 26 nəfərdən 9, Culfa rayonunda 68 nəfərdən 22, Ordubad rayonunda 31 nəfərdən 13, Babək rayonunda isə 38 nəfərdən 11 litr qan götürülüb. Bütövlükdə, muxtar respublika üzrə 545 nəfərdən 217,5 litr qan tədarük olunub.

Məscidlərdə qanvermə aksiyaları axşam saatlarınadək davam edib, dindarlar sivil qaydada, könüllü olaraq qan veriblər. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda qan bankına təhvil verilib. Beləliklə, qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.
Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aşura mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından halva ehsanı paylanılıb.
Keçirilən mərasimlərdə “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR