23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ay aktiv məşğulluq tədbirlərini davam etdirmiş, 232 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 25 nəfər müvafiq peşə kurslarına göndərilmiş, 2 nəfər isə kənd­lərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Ay ərzində bərbər-manikürçü peşəsi üzrə kursu 12, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə ixtisasartırma kursunu isə 7 nəfər bitirmişdir. Hazırda bərbər, elektrik mon­tyoru, aşpaz köməkçisi və Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində ağac üzərində oyma peşələri üzrə kurslar davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən avqustun 18-də Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailənin hər birinə fərdi təsərrüfatlarını qurmaq üçün bir ədəd yanında balası olan inək verilmişdir.

Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 11 obyektdə, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar isə 45 obyektdə nəzarət tədbirləri görülüb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə 119 uşaq cəlb olunmuşdur.
Avqust ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 235 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 10 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 11 şəxsin, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 8 uşağın müalicəsi təşkil edilib, 33 nəfərə isə sanatoriya və pansionatlara göndəriş verilib. Ay ərzində 18 nəfər texniki reabilitasiya vasitəsilə təmin olunub, 11 nəfərə protez-ortopedik xidmət göstərilib, 6 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 5 nəfərin respublika daxilində müalicəsinə maddi köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR