23 Dekabr 2024, Bazar ertəsi

Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqətin artırılması ilə bağlı tapşırıq verib.
Hazırda “Naxçıvanqaz” İstehsalat Birliyinə tabe şəhər, rayon qaz istismar idarələrində, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına qrup halında cəlb olunmaları təşkil edilir. Fəaliyyətə başladığı gündən indiyədək Naxçıvan Regional Peşə Tədris Mərkəzində sözügedən ixtisasartırma kurslarına 55 nəfər işçi cəlb olunub. Cari ilin sentyabr ayında növbəti kursa başlanılıb. Kursun tədris müddəti iki aydır. Burada dərsləri “Naxçıvanqaz” İstehsalat Birliyinin aparıcı mühəndisi Vaqif İsmayılov tədris edir. Kursun sonunda müdavimlər ilk peşə-ixtisas təhsili haqqında sertifikat alacaqlar.

Qeyd edək ki, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə yiyələnən işçilər qaz kəmərlərində, onların üzərində quraşdırılan qurğu və avadanlıqlarda, evdaxili qaz avadanlıqlarına texniki baxış və profilaktik qulluq edilməsi zamanı yerinə yetirilən işlərdə, qəzaların ləğvi və məhdudlaşdırılması işlərində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz avadanlıqlarının istismarında və digər əhəmiyyətli işlərdə çalışırlar.
İstehsalatın daha da inkişaf etdirilməsi, effektivliyin yüksəldilməsi və elmi-texniki tərəqqinin sürətləndirilməsinin qarşıya bir məqsəd kimi qoyulduğu müasir zamanda ixtisasartırma kurslarının təşkili də öz töhfəsini verəcəkdir. Məhz bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kurslarının təşkili qaz təsərrüfatında texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etməklə təbii qazın səmərəliliyinə, peşəkar ixtisaslı işçi qüvvəsinin artırılmasına, həmçinin görülən işlərin keyfiyyətinin yüksəldilməsinə güclü zəmin yaradacaqdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR