23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 

Tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü­idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Reyhun Babayev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. Həmçinin torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Məruzəçi torpaq sahələri üzərinə yaranan hüquqların dövlət qeydiyyatına alınmasının önəmindən də danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanması və ödənilməsində maraqlı olmalıdırlar.
Tədbirdə kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərinin ödəməli olduqları məcburi dövlət sosial sığortahaqqı barədə məlumat verilib.
Qeyd edilib ki, muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir.
Sonra Fondun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Rza Qarayev, Ordubad rayon şöbəsinin Gəlirlər sektorunun müdiri İslam Rəhimli, Pensiyaların təyinatı sektorunun müdiri Feyzulla Əkbərov çıxış ediblər.
Sonda mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR