23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında əhalinin, xüsusilə də pensiyaçıların sosial müdafiəsi həmişə diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir.
Bu tədbirlərin davamı olaraq 2017-ci ilin avqust ayı üçün əmək pensiyalarının ödənişi vaxtından əvvəl başa çatdırılıb. Pensiyaların ödənişi üçün tələb olunan vəsait əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi üçün vəsait köçürülüb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublika üzrə bütün sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il yanvarın 1-dən 2017-ci il 1 iyul tarixinədək olan dövrdə fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalını 80 faiz artıraraq 2017-ci il 1 iyul tarixinə hər bir sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmasını həyata keçirib. Qanuna edilmiş dəyişikliklərin icra edilməsi məqsədilə, fondun yerli orqanları tərəfindən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyaçılarının pensiyalarının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılıb. Həmçinin 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyalarının sığorta hissəsinə əlavələr kimi nəzərə alınıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR