23 Dekabr 2024, Bazar ertəsi

 Əhalinin maddi rifah halının yüksəlişi muxtar respublikamızın davamlı iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bu inkişafı xarakterizə edən əsas xüsusiyyətlərdən biri əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Bu baxımdan muxtar respublikada təşkil olunan əmək yarmarkaları mühüm məşğulluq tədbiri kimi əhəmiyyətli rol oynayır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 2017-ci ilin iyul-avqust aylarında əmək yarmarkaları keçirilib. Muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri məşğulluq mərkəzləri tərəfindən yarmarkaya çıxarılıb, kütləvi informasiya vasitələrində əmək yarmarkalarının keçirilməsi barədə məlumatlar verilib.

Keçirilən əmək yarmarkalarına 231 idarə, müəssisə və təşkilatdan, o cümlədən 63-ü özəl sektor olmaqla, 1669 boş iş yeri təqdim edilib. Həmin boş iş yerlərindən 1274-ü dövlət, 200-ü qeyri-dövlət müəssisələrinə aid olub.
Əmək yarmarkalarında 96-sı dövlət, 89 nəfəri isə özəl sahədə olmaqla, ümumilikdə, 185 nəfər daimi işlə təmin edilib. Onlardan 176 nəfəri fəhlə, 9 nəfəri isə xidmət sahələrində çalışacaqlar.
Gənclər və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. Onlardan 54 nəfəri 29 yaşadək gənclər, 1 nəfəri isə sağlamlıq imkanları məhdud olan şəxslərdir.
Keçirilən əmək yarmarkalarında 4 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Dövlət proqramının icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR