Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci ilin iyul ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmışdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 87 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin edilən pensiyaçılardan 27-si yaşa, 28-i əlilliyə, 32-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmışlar. Fond və onun yerli orqanları tərəfindən sığorta-pensiya qanunvericiliyi sahəsində təbliğat və maarifləndirmə işləri davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti