23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları tərəfindən 11-13 avqust tarixlərində Ağbulaq İstirahət Mərkəzində idmançıların “Yay məktəbi” təşkil edilib.
Federasiyaların 60 idmançısını Ağbulaq İstirahət Mərkəzində təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət pro­qrama uyğun olaraq təşkil edilib. Tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Onlar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da təşkil olunub.
İkinci gün idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Sonra isə onlar üçün tamaşa göstərilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Futbol yarışı da yaddaqalan olub. İdmançılar Şahbuz Dövlət Təbiət Qoruğunu da ziyarət ediblər. Nahar yeməyindən sonra gənclər Naxçıvan şəhərinə qayıdıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR