23 Dekabr 2024, Bazar ertəsi

İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı təşkil olunan əmək yarmarkaları aktiv məşğulluq tədbirlərindən sayılmaqla vətəndaşların böyük əksəriyyətinin daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Son illərdə Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində xeyli iş yerləri açılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov bildirib ki, aparılan məqsədyönlü siyasət nəticəsində muxtar respublika sakinlərinin rifah halı yaxşılaşıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
Qeyd edək ki, əmək yarmarkasına 62 müəssisədən 575 boş iş yeri təqdim olunub. Yarmarkada 42 nəfərə işə göndəriş verilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR