Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Belə tədbirlərdən biri iyulun 22-də olub. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün göstərilən tamaşa onlar tərəfindən maraqla qarşılanıb.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu qəbildən olan tədbirlərin uşaqların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq həmin tədbirlər müntəzəm şəkildə davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti