23 Dekabr 2024, Bazar ertəsi

İyulun 21-də Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq, rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov müasir dövrdə muxtar respublikamızın sosial-iqtisadi inkişafında sığortanın əhəmiyyətindən bəhs edib.
Baş direktor qeyd edib ki, müxtəlif gözlənilməz hadisələr nəticəsində yaranan maddi zərərlərin əvəzinin ödənilməsində sığorta mühüm əhəmiyyət daşıyır. Belə ki, vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.
Bildirilib ki, Babək rayonu üzrə cari ilin ilk 6 ayında, ümumilikdə, 6724 sığorta müqaviləsi bağlanılıb. Onlardan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 835, daşınmaz əmlakın icbari sığortası üzrə 2148 sığorta müqaviləsi bağlanılıb.

Rayonda sığorta sahəsində görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə müqavilələrin bağlanılmasında müəyyən çatışmazlıqlar da vardır. Belə ki, hələ də daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Bununla əlaqədar vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı hər bir obyektin sığortası təmin edilməlidir.
Çıxışda, həmçinin könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Tədbirdə Babək Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Tural Abuzərov, rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Yaşar Mustafayev, rayon Dövlət Sığorta Agentliyinin direktoru Nurlan Səfərov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov tədbirə yekun vurub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR