23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Mədəniyyət Evinin foyesində rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında qadınların əməyinin qiymətləndirilməsi daim diqqət mərkəzindədir. Göstərilən qayğının nəticəsidir ki, rayon üzrə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışanların 76 faizi­ni qadınlar təşkil edir. Rayondakı qadınlardan 23 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət mükafatlarına layiq görülüb. Artıq bir neçə ildir ki, istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil edilir. Ordubad rayonunda keçirilən sərgidə də bütün yaşayış məntəqələrindən istedadlı qadınlar iştirak edirlər. Tədbirin təşkilində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır.

İcra başçısı belə sərgilərin keçiril­məsində, milli dəyərlərimizin yaşadılmasında qadınlarımıza uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. O bildirib ki, bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Naxçıvan Muxtar Respublikasında qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşan milli dəyərlərimiz yaşadılır. Yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır.
Qeyd olunub ki, bu gün Ordubad rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsi də mənəvi irsimizin yaşadılmasına xidmət edir.
İstedadlı qadınlardan Məleykə Rəhimli çıxış edərək bildirib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri sayəsində ən ucqar sərhəd kəndlərimizdə də qadınların iş və məişət şəraiti yaxşılaşdırılıb. O, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə onlarla ­qadının 250 rəsm və əl işi nümayiş etdirilir.

Abbas SEYİD

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR