23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası İcra Katibliyinin iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində reallaşan “Yay məktəbi” davam edir.
İyunun 28-də “Yay məktəbi”nin hazırlanmış proqramına uyğun olaraq gənclər Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüblər. İstirahət mərkəzi ilə tanışlıqdan sonra onlar üçün əvvəlcədən ayrılmış hər cür şəraitə malik otaqlarda yerləşdiriliblər. Üç gün müddətində təşkil olunan növbəti “Yay məktəbi”ndə Naxçıvan Dövlət Universitetində təhsil alan 60 tələbə iştirak edib.
Məktəbin ilk günü “Gəzinti və ekskursiyaların insan psixologiyasına təsiri” mövzusunda seminar təşkil olunub və “Nuh yurdu” intellektual oyunu keçirilib. Günün sonunda isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.

“Yay məktəbi”nin ikinci günü gənclər ilk olaraq səhər gimnastikası ilə məşğul olub, daha sonra “Gənclərdə fərdi inkişaf və özünü­ifadəetmə üsullarının təbliği” mövzusunda keçirilən seminarda iştirak ediblər. Həmin gün gənclər müxtəlif idman oyunlarına qatılıb, onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi tərəfindən gənclərə konsert proqramı təqdim edilib.
Məktəbin üçüncü günü isə gənclər Şahbuz Dövlət Təbiət Qoruğunda olublar. Gəzinti zamanı çəkilən fotoların müsabiqəsi keçirilib. Müsabiqədə fərqlənənlər, həmçinin “Nuh yurdu” intellektual oyununda və “Yay məktəbi”ndə fəal iştirak edənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşüblər.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR