23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası tərəfindən Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi” hər il olduğu kimi, bu il də şagirdləri qarşılayır. İstirahət Mərkəzinin budəfəki qonaqları Şərur rayonunun ümumtəhsil məktəblərinin əlaçı şagirdləri olublar.
Belə ki, iyunun 23-də Ağbulaq İstirahət Mərkəzi 60 şagirdi qəbul edib. İlk gün məktəblilər mərkəzlə tanış olub, onlar üçün əvvəlcədən ayrılmış hər cür şəraitə malik otaqlarda yerləşdiriliblər.
Nahardan sonra uşaqlar rəsm məşğələsində iştirak edib, müxtəlif idman oyunlarına qatılıblar. Axşam saatlarında isə məktəblilər şahmat, dama oynayıb, bədii ədəbiyyat mütaliəsi ilə məşğul olublar. Bundan sonra isə vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.
Qeyd edək ki, budəfəki “Yay məktəbi”nin müddəti 3 gündür. Bu günlər ərzində məktəblilər idman məşğələlərində iştirak edəcək, bilik yarışlarına, ustad dərslərinə, müxtəlif komanda oyunlarına, idman yarışlarına qatılacaqlar. “Yay məktəbi”nin üçüncü günü Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən məktəblilərə konsert proqramı təqdim ediləcək.
Xatırladaq ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Təhsil, Gənclər və İdman, Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının iştirakı ilə reallaşıb.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR