23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyəti istiqamətində aparılan işlər gözlənilməz hadisələr nəticəsində vətəndaşlara dəymiş zərərlərin əvəzinin ödənilməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, muxtar respublikamızda həyata keçirilən daşınmaz əmlakın icbari sığortası təbii fəlakətlər və gözlənilməz hadisələr nəticəsində vətəndaşların evlərinə və fərdi mənzillərinə dəymiş zərərlərin əvəzinin ödənilməsinə zəmanət verən mühüm vasitədir. 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir. Sığorta işinin günün tələbləri səviyyəsində qurulması da vətəndaşların bu vacib tələbatının ödənilməsinə xidmət edir.

Son dövrlərdə muxtar respublika ərazisində baş vermiş güclü yağış və külək, leysan, eləcə də ayrı-ayrı vətəndaşların yaşayış evlərində baş vermiş yanğın hadisələri nəticəsində sığortalı vətəndaşlara dəymiş zərər məbləğləri hesablanaraq ödənilmişdir. Belə ki, muxtar respublika dövlət sığorta agentliklərinə daxil olmuş müraciətlərə əsasən təbii fəlakətlərdən zərər görmüş sığortalı daşınmaz əmlaklara baxış keçirilmişdir. Ümumilikdə, Naxçıvan şəhərində 18, Şərur rayonunda 9, Babək rayonunda 16, Culfa rayonunda 5, Kəngərli rayonunda 6, Şahbuz rayonunda 4 yaşayış evinə dəymiş zərər məbləğləri dövlət sığorta agentlikləri tərəfindən ödənilmişdir. Hazırda digər vətəndaşların yaşayış evlərinə dəymiş zərərlə bağlı müraciətlərinə baxılır. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi öz əmlakını sığorta etdirməmiş vətəndaşlara bildirir ki, onlar qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakını sığorta etdirməklə gələcəkdə baş verməsi ehtimal olunan gözlənilməz hadisələrə qarşı hazırlıqlı olmaqla etibarlı sığorta təminatı qazanırlar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR