22 Dekabr 2024, Bazar

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı muxtar respublikada silsilə tədbirlər keçirilir. Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə hemofiliya və talassemiya xəstəsi olan uşaqlar üçün keçirilən qanvermə aksiyası bu tədbirlərin davamı olub. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində təşkil edilən aksiyada 21 nəfər könüllü olaraq qan verib. Qeyd edək ki, könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçiblər, onlardan qan nümunələri götürülüb. Donorlarda infeksion xəstə­liklərə qarşı yoxlama aparılıb. Götürü­lən 7 litrə yaxın qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR