22 Dekabr 2024, Bazar

Muxtar  respublikamızın vərəmə həssas bəzi  yaşayış  məntəqələrinin  tam orta məktəblərində təhsil alan V- IX sinif şagirdləri  arasında  erkən vərəmin aşkar olunması  məqsədilə  tuberkulin diaqnostikası sınağının aparılması başa çatıb. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əvvəllər vərəmli xəstələrin qeydə alındığı yaşayış məntəqələrinin tam orta məktəbləri müəyyənləşdirilib. Həmin məktəblərdə aşkarlanmış ilkin vərəm intoksikasiyalı uşaqları vaxtında müayinə və müalicəyə cəlb etmək üçün rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.

Bu il aprelin 4-dən start verilən mantu sınaqları ərazi prinsipi üzrə aparılıb. Rayon mərkəzi xəstəxanaları, kənd səhiyyə müəssisələri, məktəb tibb məntəqələrinin həkim və tibb işçiləri tuberkulin diaqnostikasında bu zəruri mərhələni nəzərdə tutulan vaxtda başa vurublar. Muxtar respublika üzrə 7031 nəfər V-IX sinif şagirdinin 82 faizi sınağa cəlb edilib. 5430 mənfi, 643 şübhəli, 328 müsbət, 17 hiperergik reaksiya aşkar edilib.
Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilib və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat verilib. Nəticələr qiymətləndirilərkən müsbət və hiperergik reaksiyalı uşaqların dərin ftiziatr müayinəsinə cəlb olunmaları üçün zəruri tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR