22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri bu imkanlardan səmərəli istifadə edərək bölgələrdə cərrahi əməliyyatları uğurla davam etdirirlər. Yeni səhiyyə müəssisələrindən olan Culfa Rayon Mərkəzi Xəstəxanasında da cərrahiyyə əməliyyatlarının aparılması diqqət mərkəzindədir. Ötən şənbə keçirilən növbəti aksiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmişdi.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahları Abasət Hüseynəliyev, İsa Abdullayev, Şahin Məmmədov, uroloq Nazim İbrahimov, Nazlı İbrahimova, İlhamə Əsgərova, anestezioloq Ənvər Şıxəliyev və əməliyyat blokunun tam heyəti ambulator müyinələr zamanı 97 xəstəyə tövsiyələrini veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olan 62 nəfər üzərində uroloji, proktoloji qiqant, yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıblar. Ordubad rayonundakı Sabirkənddə yaşayan Əli və Amin qardaşları üzərində də uğurlu əməliyyat aparılıb. Onların atası, birinci qrup əlil İqrar Məmmədov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR