22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, son illər səhiyyənin inkişafında, yeni strukturlu müəssisələrin yaradılmasında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə edilib. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş 200-dən çox yeni səhiyyə müəssisəsi istifadəyə verilib, fəaliyyət göstərən tibb müəssisələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə səhiyyə müəssisələrinin tibbi kadr təminatı xüsusi əhəmiyyət kəsb edir və keçirilən ənənəvi səhiyyə yarmarkaları kadr probleminin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır.

Niyazi Novruzov kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri ilə əlaqədar görülən işlərdən bəhs edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sen­tyabr tarixli Fərmanı ilə təsdiq edilmiş ”Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, bu illərdə səhiyyə sahəsində qarşıya qoyulan məqsədlərə nail olunmasında işlə təmin olunacaq gənc kadrların üzərinə düşən vəzifələr barədə məlumat verib, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Buna görə də vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynayır. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən əmək yarmarkaları indi işaxtaran vətəndaşların ən çox üz tutduqları ünvandır.
Naxçıvan Dövlət Universitetinin pediatriya ixtisası üzrə məzunu, işaxtaran İlkay Həşimli gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəffaf şəraitə görə öz min­nətdarlığını bildirib.
Sonra işaxtaran ali və orta ixtisas təhsilli məzunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birinci mərtəbəsində təşkil edilmiş əmək yarmarkasında olublar. Yarmarkada həkimlər üçün 487, orta tibb işçiləri üçün isə 174 olmaqla, bütövlükdə, 661 vakant yer təklif edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gün ərzində davam edən əmək yarmarkasında 21 nəfər işə göndəriş alıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR