22 Dekabr 2024, Bazar

Sağlamlıq imkanları məhdud olan insanlara, o cümlədən əlillərə, xroniki xəstələrə qayğı muxtar respublikamızda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Belə qayğı ardıcıl xarakter daşıyır və məqsədyönlü şəkildə həyata keçirilir.
Məlumat üçün bildirək ki, ahılyaşlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət proqramının icrası məqsədilə təkcə ötən il ərzində 80 yaşdan yuxarı ahılların dispanserizasiyası aparılmış, qeydiyyatda olan 37 min 68 nəfər ahıl müayinədən keçirilmişdir.

2015-ci ilin birinci yarısında əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 100 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 178 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 89 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.
Nazirlik tərəfindən iyul ayında da bu istiqamətdə tədbirlər davam etdirilmişdir. Belə ki, ay ərzində muxtar respublika üzrə 29 nəfər Əlillərin Müalicə Pansionatında, 28 nəfər Müharibə və Əmək Veteranları Pansionatında, 17 nəfər isə müxtəlif xəstəxanalarda müalicə almışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR