22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda tibb işçilərinin ixtisas səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə həkimlər mütəmadi olaraq Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına, orta tibb işçiləri isə eyni zamanda Naxçıvan Tibb Kollecinə kurslara göndərilirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında uzunmüddətli qarşılıqlı təcrübə mübadilələrinə uyğun olaraq kursa göndərilən həkim və orta tibb işçiləri ən müxtəlif ixtisaslar, son vaxtlarda isə laboratoriya işi, fizioterapiya, EXO-KQ, süni qan dövranı-qan pompası üzrə müxtəlif müddətlərdə kurslar keçərək muxtar respublikada bu sahələrin inkişafına öz töhfələrini verirlər. Bu mübadilələrin nəticəsində son illərdə çox sayda həkim və orta tibb işçisi təkmilləşmə kursu keçərək əhalinin sağlamlığı keşiyində dayanmışdır. Yeni səhiyyə müəssisələrinin kadr potensialını möhkəmlətmək, əhaliyə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmaq məqsədilə yaradılan əməkdaşlıq əlaqələri öz bəhrəsini verir.

Tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə bu ilin ilk yarısında təkmilləşmə kursu keçmələri üçün 6 nəfər həkim və 1 nəfər rezident Türkiyə Respublikası İzmit Kocaeli Universitetinə və 4 nəfər həkim Ərzurum Atatürk Universitetinə, 3 nəfər həkim Bakı şəhərinə, 2 nəfər həkim Moskva şəhərinə göndərilmişdir. Hal-hazırda 1 həkim İspaniyada, 8 həkim Türkiyədə uzmanlıq kursu keçir. Həmçinin bir neçə həkim Bakıda və Türkiyədə keçirilən seminar və konfranslarda iştirak etmək üçün göndərilmişdir.
Həkimlərin peşə bacarıqlarının artırılması istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, ürək damarlarına stent qoyulması, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı aparatları ilə xəstələrə xidmət edirlər. Bu isə, son nəticədə, müxtəlif xəstəliklərin müalicəsi üçün Bakı şəhərinə və digər ünvanlara üz tutanların sayının nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR