22 Dekabr 2024, Bazar

Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, oftalmoloq, stomatoloq, nevropatoloq, cərrah və laborantlardan ibarət həkim briqadası Babək rayonunun Qahab kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqadanın fəaliyyəti zamanı 18 yaşadək olan əhalinin 67 nəfəri profilaktik müayinədən keçirilib, 69 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvənd­lərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambulatoriyasının tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

 

* * *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası isə Şahbuz rayonunun Kükü kəndində yeni quruculuq ünvanlarından olan ikimərtəbəli həkim ambulatoriyasında kənd sakinlərini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada kənd həkim ambu­latoriyasının tibb işçilərinin də fəal iştirakı ilə gün ərzində 16 terapevtik, 18 pediatrik, 8 ginekoloji, 12 kardioloji, 14 cərrahi müayinə aparıb. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. İki nəfərdə hipertoniya, 1 uşaqda anemiya, 1 uşaqda helmintoz aşkar edildiyindən onlar dispanser qeydiyyatına götürülüb, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib. 40-45 yaşlılar arasında dispanser işi ilə bağlı tədbirlər tamamlanıb. Əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, vərəm, göz, ginekoloji xəstəliklər, günvurma, ilan və əqrəb sancması zamanı ilkin tibbi xidmət, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilib.
Eyni zamanda ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılıb, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR