22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən Bioloji təbabət klinikasının təşkilatçılığı ilə iyunun 17-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında yerli həkimlər üçün bioloji təbabət üzrə “Modul A” tədris proqramına start verilib.
Naxçıvan şəhərindəki səhiyyə müəssisələri və rayon mərkəzi xəstəxanaları həkimlərinin iştirak etdikləri tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açaraq tədbir iştirakçılarını 17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb strukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən növbəti tədris proqramı da həmin tədbirlərin davamıdır.

Bioloji təbabət klinikasının nümayəndəsi, professor Fikriyyə İbrahimova çıxış edərək bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən bu müəssisə ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir. Naxçıvanda bu üsulun tətbiqi üçün may ayında “Bioloji təbabətin əsasları” mövzusunda elmi-praktik seminarlar keçirilib. Seminarlardan sonra növbəti mərhələ olaraq modulların keçirilməsi vacibdir.
Sonra tədris proqramının ilk məşğələləri keçirilib. Almaniyanın Viadrina Universitetinin Bioloji təbabət fakültəsinin müəllimi, təcrübəli mütəxəssis, terapevt, naturopat, bioloji təbabət üzrə ekspert Krabnitzer Marionun “Modul A” proqramı üzrə mühazirələri dinlənilib. Ekspert həyat təcrübəsinə əsaslanaraq bioloji təbabətin, tibbi profilaktikanın mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Hippokratın bu fikrini xatırladıb: “Xəstə­liklər qəfildən göydən düşmür. Onlar gündəlik kiçik günahlarımızın nəticəsində əmələ gəlir. Qalaqlanmış yükü birdən-birə atın”.
Tədbirdə slaydlar nümayiş olunub, dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.
Tədris proqramı 3 gün davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR